Əlaqə Arxiv
news Image
2015.09.19
09:30
| A A A
Erməni müxalifətçisi Azərbaycandan siyasi sığınacaq istəyir
Ermənistan vətəndaşı, “Ölkədaxili milli azadlıq hərəkatı” qeyri-hökumət təşkilatının rəhbəri Vaqan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

Movqe.az-ın məlumatına görə, həyat yoldaşı və iki yaşlı övladı ilə Bakıda olan V.Martirosyan bu fikrini sentyabrın 18-də mətbuat konfransında səsləndirib.


Erməni müxalifətçi deyib ki, Ermənistanın dövlət orqanları və iqtidara yaxın ayrı-ayrı şəxslər tərəfindən təzyiqə məruz qalıb. Özünün və ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistandan Tbilisiyə qaçıb, oradan isə Azərbaycanın hüquq müdafiəçisi Novella Cəfəroğlunun köməyi ilə Bakıya gəlib.


Mətbuat konfransında S.Sarkisyan rejimini cinayətkar rejim adlandıran M.Martirosyan Ermənistanda yoxsulluğun və xaosun hökm sürməsindən, S.Sarkisyana yaxın adamların, məsələn, onun qardaşlarının cinayətlərindən, ölkədə, o cümlədən müdafiə sahəsində korrupsiyanın baş alıb getməsindən danışıb.


Azərbaycanlı jurnalistlərin suallarına cavab verən erməni müxalifətçi bildirib ki, Yaxın Şərqdə baş verən münaqişə nəticəsində Ermənistana Suriyadan və Livandan 15-20 min erməni gəlib. Onların bir hissəsi Avropaya istiqamət götürüb, qalan hissəsi Dağlıq Qarabağa göndərilib. Onun sözlərinə görə, Ermənistanda sosial vəziyyəti Afrikanın geridə qalmış ölkələri ilə müqayisə etmək olar.


M.Martirosyan mətbuat konfransının sonunda Ermənistanda yaşayan anasının, habelə qaynanasının və qardaşının taleyini nəzarətdə saxlamaq xahişi ilə BMT-nin Bakı ofisinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə müraciətlə çıxış edib.

Sizin Reklam Yeriniz