Əlaqə Arxiv
news Image
2015.09.21
14:20
| A A A
Səfir: "Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

"Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ölkəmizin bu mövqeyi ötən illər ərzində dəyişilməz olaraq qalıb, biz bu prinsipləri qətiyyətlə müdafiə etməyə çalışacağıq". Bunu "Report"a müahibəsində Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bildirib.

Onun sözlərinə görə, müharibə hər hansı münaqişənin və ya mübahisəli məsələnin həll olunmasında əl atıla biləcək ən sonuncu vasitədir: "Buna görə də mənim mövqeyim bu münaqişənin sülh yolu ilə həll edilməsindən ibarətdir, təmsil etdiyim Latviyanın da mövqeyi məhz belədir. Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək", - səfir bildirib.

Səfir Azərbaycanla Latviya arasında ikitərəfli əlaqələrin inkişafını qiymətləndirib və qeyd edib ki, o, özünün Bakıdakı diplomatik missiyası çərçivəsində bir sıra sahələrdə, eləcə də iqtisadi əməkdaşlıq, turizm, mədəniyyət və təhsil sahələri ilə bağlı əldə olunmuş əməkdaşlığın inkişaf etdirilməsi fəaliyyətini davam etdirəcək.

Avropa Parlamentinin yaxın günlərdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə bağlı məsələni şərh edən səfir deyib: "Əlbəttə, Avropa Parlamenti Avropa İttifaqının (Aİ) daxilindəki ayrıca bir qurumdur və bu qurumun qəbul etdiyi qərarları tənqid etmək mənim səlahiyyətimə daxil deyil. Lakin istənilən halda, qəbul edilən hər hansı qətnaməyə baxmayaraq, Aİ Azərbaycanla əməkdaşlıqda maraqlıdır - əsas olan da elə budur və bu əməkdaşlıq mövcud olmalıdır".



Sizin Reklam Yeriniz