Əlaqə Arxiv
news Image
2015.09.21
15:10
| A A A
"Ona görə finalda kimlərin olacağını deyə bilmərəm"

Şahmat üzrə Dünya Kubokunun son qalibi Vladimir Kramnik Bakıda titulunu qoruya bilmədi.Movqe.az Goal.az-a istinadən məlumat verir ki, rusiyalı dünya çempionu mötəbər yarışın 116 final mərhələsində Dmitri Andreykinə uduzaraq, yarışı tərk etdi. O, həmyerlisinin onun üçün uğursuz rəqib olduğunu deyib: "Ardıcıl ikinci dəfə Dünya Kubokunun indiyə qədər heç kim qazanmayıb. Çox istəyirdim bu uğura imza atım. Təəssüf ki, alınmadı. Dünya Kubokunda rəqabət çox güclüdür. Demək olar ki, hər gün oyun var. İstirahət günü hər şahmatçıya dincəlmək nəsib olmur. Bu mənada sona qədər mübarizə aparmaq asan deyil. Fikir verin, Kamski, Gelfand kimi şahmatçılar turniri erkən tərk etdi. 116 finaldakı görüşümə gəlincə ümumiyyətlə Andreykin mənim üçün uğurlu rəqib deyil. O hər zaman mənə qarşı yaxşı oynayır. Səhv etmirəmsə keçirdiyimiz partiyaların nəticələrində böyük fərq yoxdur. Amma deyəsən mənim xeyrimə deyil. Klassik partiyada heç-heçə oynadıq. Tay-brekdə isə Andreykin uğur qazandı. Deməli Dünya Kubokunda mübarizəni dayandırmalıyam". Maraqlıdır ki, 2013-cü ildə keçirilən Dünya Kubokunun finalında Kramnik məhz Andreykinə qalib gəlib. Onun sözlərinə görə Andreykinlə hər bir oyun yeni mübarizə olur: "İki il əvvəl mən qalib gəlmişdim. Bu dəfə tay-brekdə alınmadı. Həmin oyunun revanşı olduğunu söyləməzdim. Sadəcə rəqibim qalib gəldi. Ona uğurlar arzu edirəm". Dünya Kubokuyla bağlı proqnoz verməyən Kramnik finalçıların adını çəkməyə çətinlik çəkdi: "Qarşıda bir neçə mərhələ var. Ona görə finalda kimlərin olacağını deyə bilmərəm. Hər bir şahmatçı finala vəsiqə qazanmaqla iddiaçılar turnirində oynamaq istəyir. Finalçıların adını söyləmək üçün heç olmasa yarımfinalı gözləmək lazımdır. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarovu qeyd edə bilərəm. O, çox yaxşı oyun nümayiş etdirir. Doğma insanların yanında olması onu ruhlandırıb".

Sizin Reklam Yeriniz