Əlaqə Arxiv
news Image
2015.09.21
17:54
| A A A
Bahar Muradova: Azərbaycanda bəzi xarici KİV nümayəndələri bilərəkdən akkreditasiyadan keçmirlər

"Azərbaycanda fəaliyyət göstərən xarici media qurumlarının nümayəndələri qanunauyğun şəkildə fəaliyyət göstərməli və mütləq şəildə qanunla müəyyən edilmiş akkreditasiya qaydalarından keçməlidir".


Movqe.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova son günlər Azərbaycanda bəzi xarici KİV əməkdaşlarının hüquq-mühafizə orqanları tərəfindən saxlanmasına münasibət bildirərkən deyib.


B.Muradova qeyd edib ki, bundan imtina etməyin özü məsuliyyət doğurur: "Bu məsuliyyəti onlara xatırlatmaq istiqamətində atılan addımları isə qeyri-qanuni hərəkət kimi qələmə vermək əlbəttə ki, öz hərəkətlərini pərdələmək cəhdidir və yaxud da məqsədli şəkildə bu qanunlara əməl etməkdən boyun qaçırırlar ki, sonra onları qanuna əməl etməyə dəvət etdikdə bunun onlara qarşı bir təzyiq olduğunu bəyan etsinlər və bundan da Azərbaycana qarşı istifadə etsinlər".


Vitse-spiker vurğulayb ki, bəzi xarici KİV nümayəndələri məqsədli şəkildə akkreditasiyadan keçməyərək mövcud vəziyyətin belə alınmasında maraqlıdırlar ki, sonra bunu da başqa cür istifadə etsinlər.

Sizin Reklam Yeriniz