Əlaqə Arxiv
news Image
2015.09.22
09:00
| A A A
Azərbaycan İslam dünyasında yeni inteqrasiyaya start verir
Zahid Oruc: “İslam ölkələri bu tədbirlər vasitəsi ilə daha da birləşəcəklər” Fəzail İbrahimli: “Azərbaycanda İslam Həmrəyli Oyunlarının keçirilməsi idman xarakteri daşısa da, müsalman dünyasının birliyini, qüdrətini artıracaq”

Qərb dünyasında islamafobiyanın artığı bir zamanda Azərbaycan böyük bir məsuliyyəti öz üzərinə götürdü. Ölkəmiz 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Artıq bu istiqamətdə işlərə başlanılıb. Siyasilərin fikrincə, bu yarış adından da göründüyü kimi, İslam dünyasında birliyin, həmrəyliyin bir qədər də möhkəmlənəcəyinə səbəb olacaq.

Millət vəkili Zahid Oruc bildirdi ki, Azərbaycan 2015 və 2017-ci illərdə iki bir-birinə fərqli idelogiyaların, dəyərlər sisteminin, baxışların daşıyıcısı olan məkanlar üçün qitə tədbirlərinə ev sahibliyi edir: "Bu, öz-özlüyündə hansısa yarış üçün ünvan olmaq demək deyil. Daha artıq dərəcədə açıqlıq, tolerantlıq, dünya ilə daha normal birgəyaşayış istəməyin nümunəsidir. Əgər biz 2015-ci il Avropa Oyunlarında bu qitənin sakinləri olduğumuzu, o dəyərlərlə yaşadığımızı ortaya qoymaq istəyirdiksə, "Azərbaycan bir müsəlman ölkəsidir, buna görə siz dünyada, xüsusi ilə Qərb mediasında bütün müsəlmanları və islamçıları fobiya ilə qarşılamalı deyilsiniz" mesajını verirdik. İndi isə İslam Həmrəyliyi Oyunları tədbiri ilə Azərbaycan tamam fərqli nümunələri ortaya qoyur. Onu sübut edir ki, İslam ölkələri sülh istəyən, normal qaydalar, reqlament və s. tanıyanlardır və öz güclərini tatami, yaşıl meydanlar üzərində sınaya bilərlər. Bütün müsəlmanlar vuruşmurlar, bütün müsəlmanlar qan tökməyə meylli deyillər, bütün müsəlmanlar münasibətlərini silahla aydınlaşdırmırlar.

Əgər ortada bir münaqişə varsa, bunun mütləq törədiciləri də mövcuddur. Oyun qaydalarını müəyyənləşdirdikdə, müsəlmanlar dalaşmır, mövqeyini ortaya qoymaq üçün bir-birinin başını kəsmirlər. Bəlkə də 2017-ci ilin tədbiri bu il olsa idi, bizə beynəlxalq mediada hücumlar çoxalardı. Bunu da hardasa başa düşmək mümkündür. Deyərdik ki, İslamın obrazını nə cür təqdim edirlərsə, biz onu dəyişirik deyə, bu, hansısa bəlli imperialist mərkəzlərin istəkləri ilə uzlaşmır. Ona görə də bizi vururlar. Halbuki, Azərbaycan Avropa ilə yaxşı əməkdaşlıq mövqeyini ortaya qoyub. Bütün işğal faktlarına baxmayaraq, yenə də dünya ilə birgəyaşayış istəyirik, amma üzərimizə qara təbliğatla gəldilər. İndi də İslam Həmrəyliyi Oyunları ilə bağlı biz belə reaksiyalara hazır olmalıyıq. Ancaq İslam ölkələri bu tədbirlər vasitəsi ilə bir qədər də birləşəcəklər. Çox arzu edərdik ki, İslam ölkələri ciddi inkişafa qovuşsun, həmin ölkələrdə normal ictimai nümasibətlər bərqərar olsun, dövlət-vətəndaş əlaqələri normallaşsın. Bütün bunların fonunda da Azərbaycan özünü o ölkələrin sırasında nümunə kimi təqdim edir. Biz bundan sonrakı dönəmdə də çalışmalıyıq ki, bütün humanitar tədbirlər ölkələnin bitkin obrazını ortaya qoysun və Azərbaycana əlaqələr, dostlar, tərəfdaşlar qazandırsın".

Deputat Fəzail İbrahimli də təşkil olunacaq yarışın İslam dünyasına böyük töhfə verəcəyini bildirir: "Azəraycan öz dəyərləri, tarixi ilə İslam dünyasının çoxdanki lideridir. İslam dünyasının parlament, incənəsət, bilik sahəsində birincilik yaradan Azərbaycan idman sahəsində də öz missiyasını davam etdirəcək. Azərbaycan İslamın sülh dini olduğunu dünyaya çatdıracaq.

Hazırda dünyada İslam dünyasına çox böyük əllər uzanıb. Sanki İslama qarşı cihad elan olunub. Azərbaycanda İslam Həmrəyli Oyunlarının keçirilməsi idman xarakteri daşısa da, müsalman dünyasının birliyini, qüdrətini artıracaq. Bu yarış İslam ölkələrinin münasibətlərinə müsbət təsir edəcək. İslam Konfransı Təşkilatı yeganə qurumdur ki, Ermənistanı işğalçı dövlət kimi tanıyır. Odur ki, yarışların Azərbaycanda təşkil edilməsi ümumi işimizin xeyrinə olacaq".



Sizin Reklam Yeriniz