Əlaqə Arxiv
news Image
2015.09.22
16:23
| A A A
ATƏT-in cəbhədəki monitorinqi insidentsiz başa çatıb
ATƏT cəbhə xəttində növbəti monitorinq keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 22-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.


Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeniy Şarov və Piter Svedberq keçiriblər.

Sizin Reklam Yeriniz