Əlaqə Arxiv
news Image
2015.09.22
17:28
| A A A
Azərbaycanın xarici ölkələrdəki konsullarına yeni səlahiyyətlər verilir

Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən konsullarının səlahiyyətləri artırılır.


Movqe.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin sentyabrın 30-da keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"nə dəyişikliklərdə öz əksini tapıb.


Dəyişikliklərə əsasən, konsula Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına fərdi identifikasiya kartının verilməsi üçün sənədləri qəbul etmək, həmin sənədləri müvafiq icra hakimiyyəti orqanına göndərmək və konsulluğa daxil olmuş kartı müraciət edən şəxsə təqdim etmək hüququnun verilməsi nəzərdə tutulur.


Hazırkı qanuna əsasən isə konsulun səlahiyyəti Azərbaycan Respublikası vətəndaşlarına pasport vermək hüququ ilə məhdudlaşır.


Dəyişikliklər "15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunla nəzərdə tutulmuş fərdi identifikasiya kartının xaricdə yaşayan vətəndaşların əldə edə bilməsi məqsədilə təklif edilir.

Sizin Reklam Yeriniz