Əlaqə Arxiv
news Image
2015.09.23
11:42
| A A A
Avstraliya oktyabrdan başlayaraq Yaxın Şərqdən olan qaçqınları qəbul edəcək

Avstraliyanın immiqrasiya və sərhədlərin mühafizəsi naziri Piter Dattonun bildirdiyinə görə, Yaxın Şərqdən olan qaçqınları önun ölkəsi qarşıdakı iki ay ərzində qəbul edəcək.


Ölkə nazirliklərinin və digər xidmət orqanlarının əməkdaşları qaçqınların seçilərək köçürülməsi üçün artıq böhran regionuna göndərilib. Nazir vurğulayıb ki, şəxsiyyətin tam dəqiqləşdirilməsi, sağlamlıq və təhlükəsizlik yoxlamalarının aparılması həddindən artıq zəruridir.


Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Avstraliya hökuməti Suriya və İraqdan olan 12 min qaçqını qəbul edəcəyini bildirib. Avstraliya hərbi-hava qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərinə aviazərbələr endirəcəyi də məhz həmin gün elan olunub.

Sizin Reklam Yeriniz