Əlaqə Arxiv
news Image
2015.09.24
11:00
| A A A
Qarabağ münaqişəsi Moskva və Ankaranı yaxınlaşdırır

Sentyabrın 23-də Moskvada Mərkəzi Məscidin açılış mərasimi baş tutub. Mərasimdə Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Açılışdan sonra tərəflər arasında müxtəlfi mövzuda müzakirələr də aparılıb. Məlumatlara görə, bu mövzulardan biri də Dağlıq Qarabağ münaqişəsilə bağlıdır. İddialar səslənir ki, Rusiya münaqişənin çözümündə artıq maraqlı tərəf kimi çıxış edir və bu prosesdə Türkiyənin də yardımından faydalana bilər.



Araz Aslanlı: "Qarabağ probleminin həllinə ən böyük töhfəni vermək üçün Türkiyə ilə Rusiya arasında rəqabət tam ortadan qalxmalı, əməkdaşlıq, mütəffiqlik mühiti yaranmalıdır"



Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) İctimai Birliyinin sədri Araz Aslanlı bildirdi ki, bu səfər əsasən məscidin açılışı ilə bağlıdır: "Türkiyə ilə Rusiya rəqabətdə olanda Qarabağ probleminin həlli imkanları çətinləşir. Türkiyə-Rusiya münasibətləri yaxşılaşanda isə bu istiqamətdə imkanlarımız artır. Hazırda bu imkanlar elə də yüksək səviyyədə deyil.

Qarabağ probleminin həllinə ən böyük töhfəni vermək üçün Türkiyə ilə Rusiya arasında rəqabət tam ortadan qalxmalı, əməkdaşlıq, mütəffiqlik mühiti yaranmalıdır. Düzdür, hazırda rəqabət Çar Rusiyası ilə Osmanlı İmperiyası arasındakı düşmənçilik xarakterindən çıxıb. Burada Rusiyanın Qərblə münasibətlərinin gərgin olması, həm də Türkiyənin Qərblə münasibətinin normal olmaması da rol oynayır. Bunlar Qarabağ probleminin həlli il bağlı müsbət ab-havanın yaranması, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq miqyasda qəbul edilməsi baxımıdan əhəmiyyətlidir. Ümumi gedişat baxımıdan Ermənistanı sıxşdıra bilərlər".


Hasan Oktay: "Türkiyə Qarabağ problemini gündəmə gətirməlidir"


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay bildirir ki, Rusiya Türkiyə əlaqələrində Türkiyə baxımından əhəmiyyətli olan "Türk axını" və Suriya kimi 2 qırılma nöqtəsi varkən, Qarabağ problemini yeni görüş mövzusu olaraq müzakirəyə gətirmək Türkiyə üçün bir fürsətdir: "Rusiyanın irəli sürəcəyi bu 2 mövzuya cavab olaraq Türkiyə Azərbaycanın Qarabağ problemini gündəmə gətirməlidir. "Türk axını" Qərbə enerji satışında Rusiyanın alternativ olaraq gördüyü və bunun üzərində ciddi dayandığı bir layihədir. Qərb-Rusiya çəkişməsinin mərkəz nöqtəsi olan Ukraynanın enerji nəql dəhlizi statusundan məhrum edəcək bu layihə Rusiyanın Qərbə qarşı mövqeyini qüvvətləndirəcək. Onun üçün Qərb Türkiyəyə təzyiq edərək "Türk axını" layihəsinin yavaşlamasına, hətta dayandırılmasına çalışır".


Çağatay Balci: "Azərbaycanla hərbi sahədəki işbirliyimiz hər zaman bütün dünyaya və bölgə ölkələrinə lazım olan mesajı verir"


Mərkəzin digər araşdırmaçısı, türkiyəli politoloq Çağatay Balci isə bildirir: "Rusiya və Türikyə danışıqlarında Suriya böhranı Qarbağ problemini kölgədə qoyur. Lakin ümumi mənada Qarabağ məsələsi təbii ki, Rusiya və Türkiyə arasındakı mövzulardan biridir. Ayrıca Dağlıq Qarabağ problemi Türkiyəni həm də öz məsələsi kimidir.

İndiki an üçün siyasi həll baxımından Türkiyə Qarabağ mövzusunda çox addım ata bilmir. Lakin Azərbaycanla hərbi sahədəki işbirliyimiz hər zaman bütün dünyaya və bölgə ölkələrinə lazım olan mesajı verir".

Sizin Reklam Yeriniz