Əlaqə Arxiv
news Image
2015.09.23
19:30
| A A A
Məzahir Pənahov: Namizədlərin qeydə alınması prosesinə qanunsuz maneə yolverilməzdir

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında quruma deputatlığa namizədliyini irəli sürmüş şəxslər tərəfindən daxil olmuş müraciətlərə baxılıb.


Movqe.az-ın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Komissiyanın üzvü Validə Kazımova bildirib ki, 95 saylı Tərtər seçki dairəsində öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Şəhriyar Məcidzadə imza vərəqələrini təqdim etdiyi halda deputatlığa namizəd kimi qeydə alınmaması ilə əlaqədar MSK-ya şikayət edib.


Onun sözlərinə görə, məsələ araşdırılıb və məlum olub ki, Ş.Məcidzadənin təqdim etdiyi imza vərəqələrində 550 imzanın 529-u həqiqidir ki, bu da namizədin qeydə alınması üçün yetərli say hesab edilir. Ona görə də Ş.Məcidzadənin deputatlığa namizədliyinin qeydə alınması vacibdir. MSK üzvləri məsələni səsverməyə çıxararaq Ş.Məcidzadənin lehinə səs veriblər.


MSK sədri Məzahir Pənahov belə halların yolverilməz olduğunu deyib: "Namizədlərin qeydə alınması prosesinə qanunsuz maneə yaradılması yolverilməzdir. Bununla bağlı 95 saylı Tərtər seçki dairəsinə xüsusi xəbərdarlıq ediləcək".


Daha sonra iclasda Müsavat Partiyası tərəfindən 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülən Rəşid Rəcəblinin imza vərəqələrinin və digər sənədlərin yoxlanılması prosesində iştirakının təmin edilməsi ilə bağlı müraciətinə baxılıb və bu barədə müsbət qərar verilib.

Sizin Reklam Yeriniz