Əlaqə Arxiv
news Image
2015.09.24
13:30
| A A A
​Almaniyanın kansleri: "Əsəd Suriya ilə bağlı danışıqlarda iştirak etməlidir"

"Bəşşar Əsəd də Suriyadakı münaqişənin tənzimlənməsi danışıqlarına cəlb edilməlidir".

Movqe.az BBC-yə istinadən məlumat verir ki, bunu Almaniyanın kansleri Angela Merkel Avropa İttifaqının ötən gün keçirilən sammitində bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesinə ABŞ, Rusiya, bölgənin aparıcı dövlətləri, o cümlədən İran və Səudiyyə Ərəbistanı da qatılmalıdır.

Xatırladaq ki, bir müddət öncə Qərb dövlətləri Bəşşar Əsədin danışıqlar prosesində iştirakına razılıq vermirdi.


Sizin Reklam Yeriniz