Əlaqə Arxiv
news Image
2015.09.24
17:20
| A A A
BQXK əməkdaşları azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

Beynəlxalq Qızı Xaç Komitəsinin əməkdaşları 19 sentyabr tarixində Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüblər.

APA-nın verdiyi məlumata görə, onlara ailə məlumatları çatdırılıb və ailələri üçün də onlardan məlumat alınıb. "Mandatına uyğun olaraq, BQXK mütəmadi şəkildə onlarla rəftarın monitorinqini aparmaq, saxlanma şəraiti ilə tanış olmaq və onların ailələri ilə əlaqə saxlamaq üçün kömək etmək məqsədi ilə bu şəxslərə baş çəkəcək" - deyə missiyanın mətbuat katibi Eteri Musealyan deyib.

Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.


Sizin Reklam Yeriniz