Əlaqə Arxiv
news Image
2015.09.24
21:00
| A A A
​Kolumbiya inqılabçıları tərksilah olmağa razılıq verib

Kolumbiyada hökumətlə FARC (Kolumbiya Silahlı İnqilabi Qüvvələri - Xalq Ordusu) arasında sülh anlaşması imzalanıb.

Movqe.az məlumat verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Kubanın paytaxtı Havanada Kolumbiyanın dövlət naziri ilə FARC lideri arasında 51 ildən sonra anlaşma imzalanıb.

Onlar keçirdikləri birgə mətbuat konfransında bildiriblər ki, 6 ay ərzində sülhlə bağlı yekun anlaşma imzalayacaqlar. Bundan başqa, iki ayda xalq ordusunun silahları da təhvil verəcəyi bildirilib.

Qeyd edək ki, indiyə kimi hökumətlə silahlılar arasında bir neçə dəfə danışıqlar olub.

Xatırladaq ki, FARC 1964-ci ildə yaradılıb. Bu, marksizm-leninizm siyasi-ideologiyalı silahlı təşkilatdır. ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır. Kolumbiya İnqilabi Silahlı Qüvvələri - Xalq Ordusu ilə silahlı qarşıdurma nəticəsində 220 min nəfər həyatını itirib.

Sizin Reklam Yeriniz