Əlaqə Arxiv
news Image
2015.09.25
12:30
| A A A
ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu Yorkda Edvard Nalbandyanla görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və İqor Popov (Rusiya) Nyu Yorkds BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" hesabında yazıb.

Həmsədrlər E. Nalbandyanla qoşunların təmas xəttində xüsusilə mülki şəxslərin itkiləri ilə nəticələnən son zorakılıq halları ilə bağlı ciddi müzakirələr aparıblar.

Qeyd edək ki, həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə əvvəl ayrılıqda, daha sonra isə birlikdə görüş keçirəcəklər.


Sizin Reklam Yeriniz