Əlaqə Arxiv
news Image
2015.09.25
16:40
| A A A
AİDA-nın rəisi BMT-nin Fövqəladə məsələlərə Reaksiya Mərkəzi Fonduna məsləhətçi üzv seçilib

Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev BMT-nin Fövqəladə məsələlərə Reaksiya Mərkəzi Fonduna (Central Emergency Response Fund) məsləhətçi üzv seçilib.

 Bu barədə BMT-nin saytında məlumat yerləşdirilib. Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 15 dekabr 2005-ci ildə yaradılan humanitar fond fəaliyyətə başladığı gündən 95 ölkədəki humanitar əməliyyatlara, antorogen səbəbli faciələr, təbii fəlakətlər, eləcə də ölkələrində baş verən münaqişələrlə bağlı qaçmaq məcburiyyətində qalan insanlara yardım məqsədilə 4 milyard dollar vəsait ayırıb.

Qeyd edək ki, Məsləhət qrupu mütəxəssis məsləhətləri və siyasətin müəyyənləşdirilməsi baxımından Fond üçün vacib əhəmiyyətə malikdir.

Ən son Nepaldakı zəlzələnin ardından yardım agentliklərinə qida, su və sığınacaq verilməsində yardım edib.

Yəmənə humanitar məqsədlərlə 44 milyon dollar, Suriya və qonşu ölkələrdə vacib yardım əməliyyatlarına 78 milyon dollar ayırıb.



Sizin Reklam Yeriniz