Əlaqə Arxiv
news Image
2015.09.25
16:50
| A A A
İtaliyanın “La stampa” qəzetinin saytında Azərbaycan səfirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazısı yerləşdirilib

İtaliyanın "La stampa" qəzetinin saytında Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun müvafiq saytda Roberto Travanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha öncə yerləşdirilmiş məqaləsinə cavab yazısı yerləşdirilib.

Səfir italiyalı jurnalistin təhrif olunmuş faktlara əsaslanan yazısına bu fikirlərlə aydınlıq gətirib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi jurnalistin vurğuladığı kimi dini zəmində baş verməyib. Azərbaycan tarixən də, bu gün də multietnik və multikonfessional bir ölkədir. Konstitusiyamızda dinindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilir. Azərbaycanın Ermənistandan başqa bütün qonşu dövlətlərlə yüksək səviyyəli əlaqələri var. Digər bir məqam isə Azərbaycanın tarixi və əzəli ərazisi olan Dağlıq Qarabağ regionu ilə bağlıdır. Belə ki, bu ərazinin taleyi ilə bağlı yeganə həll yolu Azərbaycanın tərkibində olmaqla bu bölgəyə muxtariyyət statusunun verilməsidir".

V.Sadıqov bir daha oxucuların diqqətinə çatdırıb ki, münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin ölkəmizin işğal edilmiş ərazilərini qeyd-şərtsiz tərk etməsi haqqında qəbul etdiyi 4 qətnaməyə Ermənistan hələ də məhəl qoymur.

Səfir son zamanlar ciddi qaçqın böhranı ilə üzləşən Avropanın bu problemdən 20 ildən çoxdur ki əziyyət çəkən Azərbaycanı başa düşəcəyinə ümidvar olduğunu bildirib.


Sizin Reklam Yeriniz