Əlaqə Arxiv
news Image
2015.09.26
18:30
| A A A
Roma papasını Nyu-Yorkun mərkəzi parkında 80 min mömin salamlayıb

Roma papası Fransiski görmək üçün cümə günü Nyu-Yorkun mərkəzi parkına on minlərlə insan toplaşmışdı. Onlar Vatikanın başçısını "Papa biz səni sevirik" nidaları ilə salamlayıblar.


Movqe.az-ın Rusiyanın NTV telekanalına istinadən məlumatına görə, parka giriş üçün bileti Nyu-York meriyası tərəfindən təşkil olunmuş onlayn lotereyada iştirak etməklə almaq olardı. Parka girmək üçün uzun növbələrə dayanmaq lazım gəlirdi.


Cümə günü Roma papasının ABŞ-a səfərində ən zəngin gün olub. O, BMT Baş Məclisində çıxış edib, 11 sentyabr terror aktı qurbanlarının muzeyinə və memorialına baş çəkib. Sonra Harlemdə katolik məktəbinin şagirdləri ilə görüşüb. Mərkəzi parka getdikdən sonra "Medison skver garden" idman-konsert kompleksində ayində iştirak edib.


Şənbə günü papa Filadelfiyaya gedəcək.


Sizin Reklam Yeriniz