Əlaqə Arxiv
news Image
2015.09.27
15:00
| A A A
Müdafiə Nazirliyi: Ermənistan hərbçilərinin atəşkəsi pozması nəticəsində mülkü şəxs ölüb

Sentyabrın 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minatanlardan istifadə edilməklə Ağdam rayonunun cəbhəboyu kəndlərinin atəş tutulması nəticəsində mülkü şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar. Belə bir vəziyyətdə beynəlxalq qurumların da Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və mülki vətəndaşlarımızın öldürülməsinə biganə yanaşmaları yolverilməzdir, qəbuledilməzdir.


"Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır və bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", məlumatda qeyd olunur.


Sizin Reklam Yeriniz