Əlaqə Arxiv
news Image
2015.09.28
16:00
| A A A
AŞPA prezidenti: Ərazi bütövlüyü Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətlidir
Ərazi bütövlüyü Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətlidir.

Movqe.az-ın məlumatına görə, bu fikirləri Avropa Şurası Parlament Assambleyasınnın (AŞ PA) bu gün öz işinə başlayan payız plenar sessiyası çərçivəsində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör erməni jurnalistin Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlıların son zamanlar özlərini təcavüzkar kimi aparmalarına dair sualına cavabında deyib.


AŞPA sədri qeyd edib ki, dəfələrlə demişəm ki, ərazi bütövlüyü məsələsi Avropa Şurası üçün çox önəmli və həyati əhəmiyyətli bir elementdir: "Zorakılıq cavab deyil və heç vaxtda ola bilməz. Danışıqlar prosesi davam edir. Bizə deyirlər ki, danışıqlar Avropa Şurasının səlahiyyətinə aid deyildir. Siz burada heç bir şey edə bilməzsiniz. Hərçənd ki, hər iki ölkə təşkilatımızın üzvüdür. Biz dialoq yolu ilə həll yolları tapmağa cəhd etməliyik. Assambleya daxilində də münaqişə tərəflərinin nümayəndə heyətləri arasında gərginlik hiss olunur. Bu qarşıdurmanı aşmağa cəhd etmək lazımdır. Ən azından insanlar Assambleya daxilində həll yollarını axtarmağa cəhd etsinlər".


AŞPA prezidenti həmçinin qeyd edib ki, münaqişədən ən çox əziyyət çəkən regionun sakinləridir: "Daha çox bu regionun sakinləri münaqişədən əziyyət çəkirlər. Onlar Avropa Şurasının üzvləridirlər. Onlar qorunmalıdır. Onların insan haqları qorunmalıdır".

Sizin Reklam Yeriniz