Əlaqə Arxiv
news Image
2015.09.28
18:17
| A A A
Yunanıstanın xarici işlər naziri siyasi məsləhətləşmələr aparmaq üçün Azərbaycana səfər etmək niyyətindədir

Sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda yunanıstanlı həmkarı Nikolaos Kotzias ilə görüşüb.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında əlaqələrin, xüsusilə enerji layihələri üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.


Elmar Məmmədyarov TANAP və TAP qaz boru xətlərinin inşasının uğurla davam etdirildiyini deyərək bu layihələrin keçəcəyi ölkələr və regionlar boyunca əməkdaşlığa, yeni iş yerlərinin açılmasına və inkişafa xidmət edəcəyini və regionun enerji mənzərəsini dəyişəcəyini vurğulayıb.


Nikolaos Kotzias Azərbaycan və Yunanıstan arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bir çox sahələrdə geniş imkanların mövcudluğunu qeyd edib. İki ölkə arasında rəsmi səfərlərin və hökumətlərarası komissiyaların önəmindən danışan nazir siyasi məsləhətləşmələr aparmaq məqsədilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.


E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların son vəziyyəti ilə bağlı məlumat verib. O, Ermənistanın müxtəlif təxribat əməlləri vasitəsilə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyəti gərginləşdirdirməsi, atəşkəs rejimini intensiv şəkildə pozması faktlarını qeyd edib. Ermənistanın əsl məqsədinin danışıqlar prosesinə xələl gətirmək, işğal və təcavüzə əsaslanan mövcud status-kvonu davam etdirmək olduğunu vurğulayıb.


Görüşdə miqrant problemi və turizm sahəsində əməkdaşlıq kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz