Əlaqə Arxiv
news Image
2015.09.28
20:00
| A A A
"Taliban" Əfqanıstanda bir neçə hökumət binasını ələ keçirib
Əfqanıstanın şimalında "Taliban" hərəkatının döyüşçüləri bir neçə hökumət binasını ələ keçiriblər.

Movqe.az TASS informasiya agentliyinə istinadən məlumat verir ki, yaraqlılar sentyabrın 28-nə keçən gecə respublikanın ən iri yaşayış məntəqələrindən biri olan Kunduz şəhərinə hücum ediblər. Onlar Əyalət Şurasının, Ali Sülh Şurasının binalarını, həmçinin xəstəxananı ələ keçirməyə nail olublar.


Yaraqlıların fəaliyyəti ilə bağlı BMT-nin Əfqanıstandakı missiyasının və bir çox qeyri-hökumət təşkilatlarının əməkdaşlarının şəhərdən təxliyə olunduğuna dair məlumatlar yayılıb.


Xatırladaq ki, iki həftə bundan əvvəl, sentyabrın 14-də "Taliban" yaraqlıları Əfqanıstanın Qəzni şəhərində yerləşən həbsxanaya hücum etmişdilər. Nəticədə yüzlərlə məhbus azadlığa buraxılmış, 40-dan çox mühafizəçi isə öldürülmüşdü.

Sizin Reklam Yeriniz