Əlaqə Arxiv
news Image
2015.09.29
11:15
| A A A
​ATƏT sədri cəbhədə yaranan son gərginliyi qətiyyətlə pisləyib

ATƏT sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç Nyu-Yorkda qurumun Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik ilə görüşüb.

Movqe.az ATƏT-in rəsmi internet səhifəsinə istinadən məlumat verir ki, İvitsa Daçiç Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranan son gərginlik və iki ölkə rəsmiləri arasında aparılan danışıqlar prosesi barədə məlumatlandırılıb.

Daçiç təmas xəttində yaranan son gərginliyi qətiyyətlə pisləyərək cəbhədə ölənlərin ailələrinə başsağlığı verib və tərəfləri maksimum dərəcədə təmkinli olmağa və gərginliyin aradan qaldırılması istiqamətində iş görməyə çağırıb.

ATƏT sədri Minsk qrupunun fəaliyyətini tam dəstəklədiyini bildirib və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliyə getməyə və etimadın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırıb.


Sizin Reklam Yeriniz