Əlaqə Arxiv
news Image
2015.10.04
13:00
| A A A
Merkel: “Donbasda ağır silahların geri çəkilməsi məsələsi razılaşdırılıb”
“Normand dördlüyü”nün Parisdəki görüşündə Ukraynanın şərqində ağır silahların geri çəkilməsi məsələsi razılaşdırılıb.

Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Anqela Merkel görüşün yekunlarına həsr edilən mətbuat konfransında bəyan edib.

"Biz ağır silahların geri çəkilməsi məsələsində razılığa gəldik. İrəliləyişə ümid edirik. Düşünürəm ki, getdikcə mövqelərimiz bir-birilərinə yaxınlaşır", deyə A.Merkel bildirib.

Xatırladaq ki, Parisdə "normand dördlüyü" liderlərinin görüşü başa çatıb. Danışıqlar 5 saata yaxın davam edib. Əvvəl Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında "bağlı qapılar" arxasında görüş keçirilib. Sonra danışıqlara nümayəndə heyətlərinin digər üzvləri qoşulub.


Sizin Reklam Yeriniz