Əlaqə Arxiv
news Image
2015.10.05
19:00
| A A A
Azərbaycanda 1054 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1054 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Movqe.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.


O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1823 nəfər müraciət edib: "Onlardan 572-si siyasi partiyalar, 62-si "Azadlıq-2015" seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1805 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib".

Sizin Reklam Yeriniz