Əlaqə Arxiv
news Image
2015.10.10
11:15
| A A A
Milli Şurada növbəti parçalanma başlayır
Kamil Seyidov: “Milli Şura bu cür addım atmaqla özünün iflasına bir qədər də yaxınlşamış olur” Elçin Mirzəbəyli: “Proseslər Milli Şuranı dağılmağa doğru aparır”

Parlament seçkilərinə intensiv hazrılıq davam edir. Artıq seçkilərdə deputatlığa qeydə alınan namizədlərin seçkiqabağı təşviqat kampaniyasının aparılmasına start verilib. Proseslərin bu mərhələsində də radikal müxalifətfdə problemlər yaşanıb. Belə ki, Milli Şura üzvlərini seçkidən kənarda saxlayıb. Buna görə də qurum daxilində narazılıq baş qaldırıb. Siyasi şərhçilər məhz daxildən yaranan narazılığın Milli Şuranı parçalayacağını, hətta fəaliyyətinə son qoyacağını deyirlər.

Azad Respublikaçılar Partiyasının rəhbəri Kamil Seyidovun sözlərinə görə, Milli Şura bu cür addım atmaqla özünün iflasına bir qədər də yaxınlşamış olur: "Əslində, Milli Şura parlament seçkilərinə öz münasibətini seçkilər başlamamışdan öncə bildirib. Həmişə olduğu kimi, qurumdan aqressiv münasibət gördük. Bunun da bəlli səbəbləri var. Məlumdur ki, Milli Şurada müəyyən siyasi partiyalar və onun ətrafında birləşən sosial bazası az olan bir qrup mövcuddur. Bunlar da artıq seçkiləri uduzacaqlarını əvvəldən bilirlər. Ona görə də seçkilərdəki fəaliyyətlərini sığortalamaq üçün boykot qərarı veriblər.

Amma hal-hazırda Milli Şuranın bəzi üzvləri konstitusion hüququndan istifadə edərək fərdi şəkildə parlament seçkilərə qoşulmağa qərar verib. Ancaq Milli Şuranın funksionerləri bütün cəhdlə çalışırlar ki, seçki kampaniyasında rəsmi qeydiyyatdan keçən digər üzvləri iştirak etməsin. Bütövlükdə seçkidən sonrakı bəyanatlarına indidən stimul hazırlayırlar. Bəlkə də artıq həmişəki kimi bəyanatları hazırdır. Amma unudurlar ki, Milli Şurada təmsil olunan hər bir vətəndaşın seçib-seçilmək hüququ var. Kimsə, buna məhdudiyyət qoya bilməz. Ona görə də narazılıqların olacağı təbii haldır. Çünki, belə narazılıq həmişə olub, bundan sonra da proseslər daha da dərinləşəcək".

Partiya sədri əlavə etdi ki, belə barışmazlıq onların vahid mərkəzdən idarə olunmadığını göstərir: "İvan Krılovun məşhur təmsilində deyildiyi kimi, arabanı hərəsi əks istiqamətə çəkir. Krılovun təmsilindəki personajları Milli Şuradakı qüvvələrə şamil etmək olar. Onlar qərarı vahid mərkəzdən vermirlər. Ona görə də bütün bunlar sonda Milli Şuranın iflasına səbəb olacaq".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli də proseslərin Milli Şuranın dağılmağa doğru apardığını deyir: "Milli Şura adlanan qurum faktiki olaraq, bir neçə nəfərdən ibarətdir Hazırda Milli Şura dedikdə Əli Kərimlinin dominantlığı ilə bir neçə nəfərin fəaliyyətini görürük. Xarici ölkənin layihəsi olan Milli Şurada iştirak edən insanlar faktiki olaraq, bu layihənin iflasa uğradığını özləri də başa düşüblər.

Əslində, təşkilatdakı insanların seçidən kənarda qalmasının əsl səbəbi də Milli Şura layisənin, bütövlükdə bu lahiyədə iştirak edən insanların yürütdükləri siyasətin iflasa uğramasıdır. Odur ki, bundan sonra bir neçə nəfər arasında fikir ayrılığının olub-olmamasına baxmayaraq, onların Azərbaycan ictimai rəyinə, ölkə siyasətinə hansısa bir formada təsir etmək imkanları sıfır səviyyədədir".





Sizin Reklam Yeriniz