Əlaqə Arxiv
news Image
2015.10.11
13:30
| A A A
Associated Press Məkkədə baş verən basırıqda 1500-dək insanın öldüyünü iddia edir

Sentyabrın 24-də Səudiyyə Ərəbistanında Mina dağında baş verən basırıqda hökumətin dediyi kimi, 769 nəfər deyil, 1500-ə qədər insan həlak olub. Bu barədə Associated Press agentliyi apardığı təhqiqatın nəticəsinə əsasən məlumat yayıb.


Movqe.az Vesti.ru saytına istinadla məlumat verir ki, əgər məlumat doğrudursa, bu, müsəlmanların Məkkə ziyarəti tarixində ən böyük faciədir.


Səudiyyə Ərəbistanı hökuməti ABŞ agentliyinin məlumatını hər hansı şəkildə təkzib etməyib. Eyni zamanda, kral Salman digər faciədə - sentyabrın 11-də qaldırıcı kranın Məkkənin əsas məscidinin üzərinə aşması nəticəsində həlak olanların və yaralıların ailələrinin hər birinə bir milyon Səudiyyə rialı məbləğində təzminat verilməsini əmr edib. Həmin hadisə zamanı 111 nəfər həyatını itirmişdi.


Sizin Reklam Yeriniz