Əlaqə Arxiv
news Image
2012.10.16
16:14
| A A A
Klinton: "Məsuliyyət mənə aiddir"
"Ölkə xaricindəki bütün diplomatların təhlükəsizlik məsuliyyəti mənə aiddir". Movqe.Az bildirir ki, ABŞ dövlət katibi Hilari Klinton, Liviyanın Binqazi şəhərindəki ABŞ konsulluğuna təşkil edilən hücumla əlaqədar olaraq, ABŞ-ın ölkə xaricindəki bütün diplomatik missiyalarının təhlükəsizlik məsuliyyətinin özünə aid olduğu söyləyib. Amerika televiziyalarına verdiyi müsahibədə, Klinton Xarici İşlər Nazirliyinin təhlükəsizliyindən özünün məsul olduğunu bildirərək, "Məsuliyyəti üzərimə götürürəm. Xarici İşlər Nazirliyinin dünyanın dörd tərəfində, 275 vəzifə bölgəsindəki 60 mindən çox işçisinin məsuliyyəti məndədir" sözlərini deyib. Klinton, ABŞ Prezidenti və Vitse-prezidentin təhlükəsizlik rəsmiləri tərəfindən alınan spesifik qərarlar mövzusunda məlumat sahibi ola bilməyəcəyini də işarə edib. ABŞ-ın Binqazi Konsolosluğuna keçən ay təşkil edilən hücumda Liviya səfiri Kris Stevens ilə digər 3 vəzifəli amerika vətəndaşı  həlak olub.
Sizin Reklam Yeriniz