Əlaqə Arxiv
news Image
2015.10.14
14:33
| A A A
Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin nəşrinə başlanılıb

Noyabrın 1-ə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar Milli Məclis Aparatının mətbəəsində bu gün seçki bülletenlərinin nəşr olunmasına başlanılıb.


Movqe.az-ın məlumatına görə, parlamentə seçkilərlə əlaqədar 125 dairə üzrə ümumilikdə 5 milyon 344 min 431 ədəd bülleten çap olunacaq.


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib ki, seçki bülletenləri Naxçıvan Muxtar Respublikasındakı seçki dairələrinə, sonra Azərbaycanın digər ucqar rayonlarındakı dairələrə, ən sonda isə Sumqayıt, Abşeron və Bakıdakı seçki dairələrinə paylanılacaq.


Seçki bülletenlərinin çapına deputatlığa namizədlərin birmənalı müəyyənləşdiyi (şikayətlərə baxılma prosesinin başa çatdığı) dairələr üzrə başlanılıb. Seçki Məcəlləsinə uyğun olaraq, seçki dairələri üzrə deputatlığa namizədlərin dəqiqləşməsinə uyğun olaraq, seçki bülletenlərinin çapı prosesi seçki gününə 10 gün qalmış, yəni oktyabrın 22-də yekunlaşdırılacaq.


Sizin Reklam Yeriniz