Milli Məclisə ayrılan vəsait azaldıldı
Milli Məclisin xərclər smetasının layihəsi bu gün keçirilən iclasda təsdiq edilib.
Movqe.az-ın məlumatına görə, Milli Məclisin 2016-cı ildə xərclər smetası 2 745 955 manat təşkil edəcək.
Parlamentin İşlər İdarəsinin müdiri Firudin Hacıyev deyib ki, bu, 2015-ci illə müqayisədə 1 061 189 min manat azdır.
O bildirib ki, nəqliyyat vasitələri bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb.
F.Hacıyev, həmçinin hökumətdən sabiq deputatların birillik əməkhaqlarının ödənilməsi üçün 450 min manat ayrılmasına yardım edilməsini xahiş edib.