Əlaqə Arxiv
news Image
2015.10.15
12:20
| A A A
Rusiya MSK sədri Azərbaycanda parlament seçkilərini izləyəcək
ATƏT sədrinin Azərbaycana müşahidə missiyasını göndərməmək qərarı qeyri-qanunidir”

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün Bakıya gələcək.


APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə V. Çurov özü məlumat verib:


"Müxtəlif missiyalar tərkibində Azərbaycanda parlament seçkilərini izləməyə hazırlaşırıq. Bu bizim yaxın vaxtlar üçün planlarımızdır",- deyə o bildirib.


V. Çurov əlavə edib ki, noyabrın 1-də keçiriləcək seçkilərdə fərqli cəhət odur ki, ATƏT missiyası müşahidə aparmayacaq: "ATƏT sədrinin Azərbaycana müşahidə missiyasını göndərməmək qərarı qeyri-qanunidir. Bu qərar qurumun sənədlərinə uyğun deyil. Bu onun şəxsi qərarı olub. Seçkilərdə digər missiyalar müşahidələr aparacaq".

Sizin Reklam Yeriniz