Əlaqə Arxiv
news Image
2012.10.17
17:10
| A A A
Fransız xalqı Hollandenin qərarına etiraz edib
Movqe.az xəbər verir ki, Fransada edilən son araştırma fransız əsilli insanların əksəriyyətinin əcnəbilərə səsvermə haqqının verilməsinin əleyhinə olduğunu müəyyənləşdirib. Prezident Fransua Hollandenin seçim vədləri arasında yer alan əcnəbilərə yerli seçkilərdə səsvermə haqqının verilməsi barədə olan qanuna 10 fransızdan 6-sı etiraz edib. Mövzuyla əlaqədar şərh söyləyən Nikola Sarkozi dövrünün xarici işlər və İnsan haqqlarından Məsul Dövlət Naziri Rama Yade də xaricilərə səsvermə haqqı vermənin heç bir problemi həll etməyəcəyini vurğulayıb. Keçmiş nazir "Siz heç küçədə səsvermə haqqı üçün hərəkat keçirən xarici gördünüz mü?" sualını verib.Yeni qanun 5 il Fransada qalmış AB vətəndaşı olmayan vətəndaşlara da yerli seçkilərdə səsvermə haqqı verilməsini nəzərdə tutur.
Sizin Reklam Yeriniz