Əlaqə Arxiv
news Image
2015.10.21
13:40
| A A A
Bəşər Əsəd ötən gecə Moskvada olub

Suriyadakı rejimin başçısı Bəşər Əsəd ötən gecə Moskvada səfərdə olub.


Movqe.az "RİA Novosti"yə istinadən məlumat verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmtiri Peskov bildirib.


Onun sözlərinə görə, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Bəşər Əsəd arasında görüş keçirilib.


Görüşdə Rusiyanın Suriyada keçirdiyi əməliyyatların davam etdirməsi müzakirə edilib.


D.Peskov deyib ki, danışıqlarda Rusiyanın yüksək vəzifəli rəhbərliyi iştirak edib: "Danışıqlar kifayət qədər uzun sürüb. Müzakirə edilən mövzu isə tam aydındır".


Sizin Reklam Yeriniz