Məzahir Pənahov: “Parlament seçkilərini izləmək üçün 426 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib”
Dairə seçki komissiyalarında isə 55 242 müşahidəçi qeydə alınıb
Mərkəzi Seçki Komissiyasında (MSK) bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 426 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bunu MSK sədri Məzahir Pənahov deyib. O, bildirib ki, həmin müşahidəçilər 46 ölkəni təmsil edirlər.
M.Pənahov qeyd edib ki, MSK-da 3 mindən artıq yerli müşahidəçi, dairə seçki komissiyalarında isə 55 242 müşahidəçi qeydə alınıb.