Tovuzda zəlzələ olub
Azərbaycanın Tovuz rayonu ərazisində zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumata görə, təkanlar ilkin məlumatlara əsasən, yerli vaxtla 07:08-də Gədəbəydən 35 km şimalda Tovuz rayonu ərazisində qeydə alınıb.
Maqnitudası 3,1, dərinliyi 7 km olan zəlzələ hiss edilməyib.