Əlaqə Arxiv
news Image
2015.10.26
10:50
| A A A
Azərbaycanda parlament seçkilərini 53 ölkəni təmsil edən müşahidəçilər izləyəcək

"Hazırda Mərkəzi Seçki Komissiyasında 465 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Onlar 36 beynəlxalq qurumu təmsil edirlər". Trend-in məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Secki2015.az" saytına açıqlamasında deyib.

MSK sədri bildirib ki, seçkiləri ümumilikdə 53 ölkəni təmsil edən müşahidəçi missiyaları izləyəcək: "Bunlara Avropa Şurası Parlament Assambleyası (AŞPA), Müstəqil Dövlətlər Birliyi (MDB), Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QİƏT PA), Avstraliya, İtaliya, Bolqarıstan, Litva, Latviya parlamentləri, Böyük Britaniya Lordlar palatası, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının nümayəndə heyətlərinin rəhbərləri, Avropa Seçki Müşahidə Akademiyası, GÜAM, Amerika siyasi monitorinq mərkəzi və digər mötəbər qurumlardan olan nümayəndə heyətləri daxildirlər. Bir sözlə, müşahidəçilərin coğrafiyası çox genişdir. Bu baxımdan müşahidəçilərin sayı və miqyası ötən seçkilərdən müsbət istiqamətdə fərqlənir".

M.Pənahov vurğulayıb ki, xarici müşahidəçilərin böyük əksəriyyəti seçki prosesində təcrübəsi olan şəxslərdir: "Müstəqil şəkildə dairə seçki komissiyalarına müraciət edib müşahidə aparmaq istəyənlərin isə sayı 55 mini keçib. Azərbaycanlı müşahidəçilərin böyük əksəriyyəti siyasi partiyaların nümayəndələridir".

M.Pənahov əlavə edib ki, akkreditasiya olunanların sayına istinad olunsa, hazırda 1 seçki məntəqəsinə təxminən 10 müşahidəçi düşür, bu isə kifayət qədər böyük rəqəmdir.


Sizin Reklam Yeriniz