Əlaqə Arxiv
news Image
2015.10.27
13:00
| A A A
Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mübariz Tahirov və Telman Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Movqe.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 14 il müddətə azadlıqdan məhrum edilib.

Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında ə keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunurlar.


Sizin Reklam Yeriniz