Əlaqə Arxiv
news Image
2015.10.29
10:00
| A A A
Seçki uğurları ABŞ Senatındakı anti-Azərbaycan dairələri təşvişə salıb
Tələm-tələsik təşkil olunan dinləmələrin müəllifləri erməni lobbisinə bağlı olan şəxslərdir

Azərbaycanda hər hansı mühüm hadisə zamanı Qərbdə müəyyən dairələrin ölkəmiz əleyhinə mövqe sərgiləməsi, qərəzli fikirlər səsləndirməsi belə demək mümkündürsə, artıq adət halını alıb. Bunun ən real təsdiqi tarixdə ilk dəfə baş tutan Avropa Oyunları zmanı oldu. Həmin vaxt Azərbaycana qarşı müəyyən dairələr tərəfindən reallıqdan tamamilə uzaq ən qərəzli fikirlərə belə rast gəlindi. Buna rəğmən, sözügedən Oyunlar kifayət qədər yüksək səviyyədə baş tutdu, Azərbaycana qarşı aparılan kampaniya isə iflasa uğradı.

Amma belə görünür ki, baş verənlər hələ də anti-Azərbaycan qüvvələrinə ibrət dərsi olmayıb. Yenə də məkrli dairələr parlament seçkiləri kimi mühüm bir hadisə ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasını genişləndirməyə çalışırlar. Bunun daha bir təsdiqi ABŞ Senatında Azərbaycanda insan hüquqları ilə bağlı təşkil olunan dinləmələrdir. Bir neçə ermənipərəst konqresmen və qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunna dilmələrə dəvət olunanlar da sırf Azərbaycana qarış çıxanlardır. Onlar sırasında Azərbaycanı ermənilərə satan Leyla və Arif Yunusların qızı Dinara Yunus, ABŞ-ın Bakıdakı keçmiş səfiri və ölkəmizin əleyhinə çıxışları ilə günmədə gələn Riçard Kozlariç, Milli Demokratiya Fondunun nümayəndəsi Miriam Lanskoy, "Freedom House" nümayəndəsi Tamara Grigoryeva da var. Bu şəxslər daim Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçiliblər. Dinləmələrin parlament seçkiləri ərəfəsində keçrilməsi də təsadüfi xarakter daşımır və bu mühüm hadisəyə kölgə salmaq məqsədilə təşkil olunub. Ən əsası isə tədbirin təşkilində erməni lobbisinin "əməyi" dərhal hiss olunur. Elə Amerika Azərbaycan Cəmiyyətinin (AAC) sədri Tomris Azəri də məsələnin bu tərəfinə nəzər salaraq bildirir ki, ABŞ Senatında Azərbaycana qarşı insan haqlarının pozulmasına dair iddialarla keçirilən dinləmələrin arxasında erməni lobbisi dayanır". T.Azəri "Secki-2015.az" saytına açıqlamasında bununla bağlı deyib: "Digər ölkələrlə müqayisədə Azərbaycan istər demokratiya, istərsə başqa istiqamətlər üzrə sürətlə inkişaf edir. Ona görə, Azərbaycana belə münasibət göstərmək ədalətli deyil. Lakin bu cür addımlar adətən düşmənlərimiz tərəfindən atılır. Biz də istər mediada, istərsə müxtəlif platformalarda bu düşmənlərə cavab verməliyik".

O qeyd edib ki, 300 ilə yaxın müstəqillik tarixinə malik olan ABŞ-da da bəzən problemlər olur: "Hətta əhalinin müəyyən qruplarında narazılıqlar yaranır. Lakin hər kəs buna normal yanaşır, çünki həyat varsa, problemlər də olacaq. Azərbaycan isə müstəqilliyinin 24 illiyini yaşayır. Bu illər ərzində əldə etdiyimiz uğurları danmaq olmaz". AAC sədri bildirib ki, Azərbaycanın sürətli inkişafı qarşılığında ona qarşı hansısa ittihamlar irəli sürmək qərəzli yanaşmadır: "Adətən ABŞ-da erməni lobbisi bizə qarşı mənfi münasibətin formalaşmasında rol oynayır. Biz buna qarşı əlimizdən gələni edirik. ABŞ Senatında Azərbaycan ilə bağlı dinləmələrin keçirilməsi qəbulolunmazdır. Əgər kimlərsə Azərbaycanın qonşuluğunda olan işğalçı Ermənistandakı problemləri görməzdən gələrək, bizim ölkəmiz haqda danışırsa, onların qərəzli olduğu şübhəsizdir". Məsələ kifayət qədər haqlı qoyulub və verilən açıqlamalar diqləmələrin sırf qərəz üzərində kökləndyini aydın göstərir. Burada Azərbaycan əleyhiən nə qədər əsassız fikirlər səslənsə də, aydındır ki, nəticə sıfır olacaq. Çünki məsələyə beynəlxalq miqyasda obyektiv qiymət verənlərin sayı yetərincədir və onların mövqeyi ABŞ Senatıdakı dinləmələrin sadəcə məkrli niyyətlərdən irəli gəldiyini aydın şəkildə nümayiş etdirir.

Digər tərəfdən baş verənləri anti-Azərbaycan qüvvələrinin sistemli fəaliyyətinin tərkib hissəsi kimi də dəyərləndirmək olar. Çünki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) absurd bəhanələrlə Azərbaycandakı seçkiləri izləmək üçün müşahidə missiyası göndərməkdən imtina etməsindən sonra ABŞ –da da Azərbaycan əleyhiən müəyyən addımların atılması gözlənilirdi. Amma bütün cəhdlər qeyd olunduğu kimi iflasa məhkumdur. Daha bir maraqlı nüans isə odur ki, ABŞ-da müəyyən qüvvələr Azərbaycana diqqət ayırmaqdansa, elə bu ölkənin özündə insan hüquqları ilə bağlı kobud pozuntulara nəzər salsaydılar, daha məqbul olardı. Sirr deyil ki, ABŞ Amerikanı və bir sıra inkişaf etmiş Qərb dövlətlərini oyundan kənarda saxlamaqla demokratiya standartlarını yalnız maraq kəsb edən ölkələrdə axtarır. Ferqyusonda və Baltimorda qaradərili vətəndaşların polislər tərəfindən güllələnməsindən sonra geniş vüsət almış kütləvi etirazlar zamanı dinc etirazçılara, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı güc və qeyri-qanuni sanksiyalar tətbiqinin Vaşinqtonda olduqca adi hal kimi qarşılanması bunun daha birtəsdiqi oldu.

Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir. Amma nədənsə, ABŞ-da bu kimi önəmli faktorlara qətiyyən əhəmiyyət verilmir. Müharibələr, separatizm, yoxsulluq, iqtisadi böhran və digər bu kimi hallar məhz ABŞ-ın üzündən daha geniş yayılmaqdadır və bunun fəsadlarını bütün dünya yaşyır. Amma ABŞ bu kimi məsələlərələ diqqət yteirmək əvəzinə, heç bir əsas olmadan Azərbaycanı və müstəqil siyasət yürütməyə çalışan digər ölkələri özünün tənqid hədəfinə çevirməklə məşğuldur. Bu isə ABŞ başda olmaqla Qərb ölkələrinin özlərinə daha çox ziyan etməkdədir.



Sizin Reklam Yeriniz