Seçkilər və Referendumlar
üzrə Mərkəzi Komissiyasının (SRMK) sədri Tuyqunaalı Abdraimov yeni
seçilmiş deputatları təbrik edib, onlara fəaliyyətlərində uğurlar
arzulayıb.
Əvvəlcə deputatlar Qırğızıstan qanunvericiliyinə uyğun olaraq təntənəli şəkildə vətənə sədaqət andı içiblər. Sonra T.Abdraimov onlara deputat vəsiqəsini və döş nişanını təqdim edib.
Komissiyanın sədri deyib ki, seçkilərdə 14 siyasi partiya iştirak edib. Altı partiya yeddi faizlik həddi keçərək parlamentdə mandat qazanıb. Qırğızıstan Sosial-Demokrat Partiyası 27,56 faiz səs toplayaraq 38 mandata sahib olub. "Respublika–Ata Jurt" partiyası 20,26 (28 mandat), "Qırğızıstan" 13,07 (18 mandat), "Onuquu-Proqres" 9,39 (13 mandat), "Bir Bol" 8,59 (12 mandat), "Ata Meken" 7,8 faiz (11 mandat) səs qazanıb.
Sonra parlamentdə təmsil olunan partiyaların fraksiya liderləri seçilib.