Əlaqə Arxiv
news Image
2015.10.29
13:56
| A A A
Allahşükür Paşazadə: “İŞİD İslamı parçalamaq məqsədi ilə düşmənlərin yaratdığı qurumdur”

"Rusiyanın İŞİD-i məhv etmək üçün həyata keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyirik"

"İŞİD İslamı parçalamaq məqsədi ilə düşmənlərin yaratdığı bir qurumdur".

Bunu Moskvada keçirilən "Din və dünya" mövzusunda III Moskva Beynəlxalq Forumunda çıxışı zamanı MDB-nin Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə söyləyib.

A. Paşazadə bildirib ki, indiki dövrdə beynəlxalq terrorçuluğun bütün təzahürləri ilə real mübarizə olduqca vacibdir: "Bu mübarizə milliyyətindən və dini etiqadından asılı olmayaraq bütün insanlar üçün prioritet vəzifə olmalıdır. Biz dinə zidd ideyaları olan terrorçu təşkilat İŞİD-i, İslamın öz qərəzli maraqlarını həyata keçirmək üçün silaha çevirənləri qəti sürətdə pisləyirik. Bu gün biz Avropanın bəzi ölkələrində zorakılıqdan və terrordan canını qurtararaq doğma torpaqlarını tərk etməyə məcbur olan miqrantlara qarşı qeyri-humanist münasibətin şahidi oluruq. Biz Allahın bəxş etdiyi müqəddəs nemət - insan həyatına qəsd edənləri, millətlərarası və dinlərarası münaqişələri, miqrasiya və demoqrafik fəlakətləri planlaşdıranları və həyata keçirənləri qınayırıq. Çünki bütün bunlar dünyada sülhü və sabitliyi təhlükə altına qoyur. Allah onların qeyri-insani hərəkətlərini heç zaman bağışlamayacaq".

A. Paşazadə qeyd edib ki, Azərbaycan Rusiyanın İŞİD-i məhv etmək üçün həyata keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyir: "İŞİD İslamı dünya ictimaiyyətinin gözündə terror, zorakılıq və vandalizmlə bağlamaq cəhd göstərən bir qurumdur. Əminəm ki, ekstremizm və radikalizmlə dövlətlər, ictimai-siyasi xadimlər və dini qurumlar birlikdə mübarizə apara bilərlər. Azərbaycan öz növbəsində bütün gücünü beynəlxalq terrorizmlə mübarizəyə yönəldir. Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda çıxışında qeyd edib ki, beynəlxalq terrorla mübarizə hazırkı mərhələdə bütün ölkələrin prioritet vəzifəsi olmalıdır və yalnız qüvvələrimizi birləşdirməklə qarşıya qoyulan məqsədə çata bilərik".


Sizin Reklam Yeriniz