Əlaqə Arxiv
news Image
2015.10.30
10:28
| A A A
Azərbaycanın ATƏT-dəki nümayəndəliyi: "Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarını bir araya gətirən proqramları dəstəkləyirik"

"Hərbi faktoru aradan qaldırmalı və status-kvonu dəyişmək üçün səylərimizi artırmalıyıq"

"Prezidentlərin görüşə hazır olması və sülh yolu ilə həll prosesi üçün əsas elementləri və digər məsəlləri müzakirə etməsi vacibdir".

Movqe.az-ın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Minsk Qrupu həmsədrlərinin regiona son səfəri ilə bağlı bəyanatına cavab olaraq ATƏT Daimi Şurasının 1073-cü iclasında yaydığı bəyanatda deyilir. Bildirilir ki, danışıqlar prosesini irəli aparmaq üçün istənilən səylər vacibdir: "Həmsədrlərin bəyanatındakı ikinci pozitiv məqam həmsədrlərin münaqişədən birbaşa əziyyət çəkən icmalar arasında dialoqun bərpasını istəmələridir. Biz icmaların regiondakı gələcəyi ilə bağlı müzakirələrə imkan verən səyləri və azərbaycanlılarla erməniləri bir araya gətirən proqramları dəstəkləyirik. Hesab edirik ki, bu iki məsələ bir-birini tamamlayır və biz bunun nəticə verməsi və azərbaycanlı və erməni icmalarının görüşməsi üçün səylərimizi artırmalıyıq. Bəyanatda həmçinin İrəvanda ATƏT-in Minsk Qrupu həmsədrlərinin BQXK-nin əməkdaşları ilə görüşdüyü vurğulanıb. Nəhayət ki, həmsədrlər Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi aparmaq sahəsində əldə etdikləri razılaşmaları həyata keçirmək barədə danışıqlar aparıblar. Əgər bu istiqamətdə də irəli hərəkət edilsə, bu, sülh səylərinə təkan verəcək".

Bəyanatda qeyd olunur ki, təmas xəttində mina və raket qurğularından istifadə onu göstərir ki, münaqişə bitməyib və işğal davam edir: "Biz hərbi faktoru aradan qaldırmalıyıq. Biz status-kvonu dəyişmək üçün səylərimizi artırmalıyıq. Bu, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin, ATƏT-in və dünya ictimaiyyətinin dəfələrlə vurğuladığı məsələdir. Yeganə hərbi amil Ermənistan ordusunun o torpaqlarda mövcudluğudur. Əgər Ermənistan hökuməti təmas xəttində təhlükə və insidentlər məsələsi ilə bağlı ciddidirsə, onlar öz qoşunlarını geri çəkməlidirlər və insanlar nəhayət, özlərini bu ərazilərdə təhlükəsiz hiss etməlidir".

Sizin Reklam Yeriniz