Əlaqə Arxiv
news Image
2012.10.19
20:48
| A A A
2013-cü il prezident seçkisinə ayrılacaq vəsaitin həcmi məlum oldu
Azərbaycanın 2013-cü il dövlət büdcəsi layihəsində ölkədə prezident seçkilərinin keçirilməsi üçün nə qədər vəsait ayrılmasının nəzərdə tutulduğu məlum olub.
Bu məqsədlə təxminən 42,5 milyon manat (42 450 176 manat) vəsait ayrılması nəzərdə tutulur. Bu xərclər müxtəlif istiqamətlər üzrə ayrılacaq. O cümlədən, əməyin ödənişi üçün 10 339 450 manat, əmək haqqı üzrə 10 339 450 manat, maşın və avadanlıqlar üçün 1 631 300 manat, digər seçki tədbirləri üçün 9 656 239 manat, həmçinin digər xərclər üçün vəsait ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda 2013-cü il prezident seçkilərinin oktyabrın 16-da keçiriləcəyi gözlənilir.
Sizin Reklam Yeriniz