Əlaqə Arxiv
news Image
2015.10.30
15:35
| A A A
Çində əhalinin sayı 1,45 milyarda çatacaq

Çində "Bir ailə-bir uşaq" siyasətinin dayandırılması əhalinin sayının artmasına səbəb olacaq. Proqnozlara görə, 2030-cu ildə Çində əhalinin sayı 1,45 milyarda çatacaq. Bu barədə Çin Milli Sağlamlıq və Ailə Planlanlaşdırılması Komissiyası sədrinin müavini Van Pey məlumat verib.

Çin rəsmisi bildirib ki, ölkədə ailələrə ikinci uşağın dünyaya gəlməsinə icazə verilməsi yaxın 5 ildə əlavə 20 milyondan çox uşağın doğulmasına səbəb olacaq.

ÇXR-də ötən əsrin 70-ci illərindən həyata keçirilən doğuma nəzarət siyasəti nəticəsində bəzi istisnalar olmaqla, ailələrə ikinci uşağın doğulması qadağan edilmişdi. Ekspertlərin rəyinə əsasən, "Bir ailə-bir uşaq" siyasəti olmasaydı, Çin əhalisinin sayı hazırda 1,7-1,8 milyard nəfərə çata bilərdi.

Çin Milli Statistika Bürosunun məlumatına görə, 2014-cü ilin sonuna ölkədə əhalinin sayı 1,368 milyard olub.


Sizin Reklam Yeriniz