Səfir: “ABŞ Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına dair islahatlar planını dəstəkləyir”
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta maliyyə naziri Samir Şərifovla görüşüb.
Movqe.az-ın səfirliyə istinadən verdiyi məlumata görə, görüşdə maliyyə məsələləri vəABŞ-ın Azərbaycanla gələcək əməkdaşlığı müzakirə olunub.
R. Sekuta ölkəsinin Azərbaycanın iqtisadi diversifikasiya və biznes mühitinin yaxşılaşdırılmasına dair islahatlar planına dəstəyini ifadə edib.