BMT müşahidəçiləri Şamda
Mövqe.az xəbər verir ki, Suriyada atəşkəsə nəzarət etməsi
nəzərdə tutulan Birləşmiş Millətlər Təşkilatının müşahidəçi
heyətindən altı nəfər dünən gecə Şama çatıb. BMT Təhlükəsizlik
Şurasının ötən gün verdiyi məlumata görə bu ölkəyə gedən
silahsız hərbi müşahidəçilərin sayı qarşıdakı günlərdə 30-a
çatacaq. Onalar vəzifələrinə bu gündən etibarən və
başlayacaq. Suriyadan gələn xəbərlərə görə BMT Baş katibi
Ban-Ki-Munun atəşkəsin həssa olduğunu söyləyib.: "Suriya
rəhbərliyinin Humus şəhərinə bombardmanı davam edir. Çoxlu insan
itkiləri verilir. Bir daha atəşkəsə sadiq qalmaq gərəyini
təkidlə vurğulamaq istəyirəm. "
Digər tərəfdən, Suriyalı müxalif qaynaqlar başda Humus olmaqla ölkənin müxtəlif şəhərlərində həftəsonunda rəhbərlik əleyhinə nümayişlərdə təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində 26 adamın öldüyü bildirilib.
Əfqanə Məzahirqızı