Əlaqə Arxiv
news Image
2012.10.24
17:36
| A A A
Ziyad Səmədzadədən gözlənilməz etiraf

"Rəqabət prinsiplərini qorumasaq, gec-tez ölkə çox ağır vəziyyətə düşə bilər. Ona görə də Rəqabət Məcəlləsində bir neçə məsələ ortaya çıxdı ki, bu məsələləri Milli Məclisdə müzakirə edəcəyik. Rəqabət Məcəlləsi üzərində iş aparılır, layihə yenidən Milli Məclisə təqdim olunmalıdır".

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. O, bildirib ki, Rəqabət Məcəlləsi artıq beynəlxalq təşkilatların iştirakı ilə ictimai dinləmədən keçib. Komitə sədrinin sözlərinə görə, beynəlxalq təşkilatlar da məcəllə ilə bağlı öz təkliflərini irəli sürüblər:

 "Deyim ki, onların irəli sürdükləri təkliflər çox prinsipial olub. Bu təkliflər həm ölkənin milli maraqlarına cavab, həm də beynəlxalq təcrübəyə əsaslanır. Təbii ki, məcəllədə bir neçə məsələ ortaya çıxdı ki, bu məsələləri Milli Məclisdə müzakirə edəcəyik. Hələ ki, Rəqabət Məcəlləsi  üzərində iş aparılır və yenidən Milli Məclisə təqdim olunmalıdır".

Rəqabət Məcəlləsi qəbul olunandan sonra onun bazardakı inhisarçılığın qarşısını almağına gəlincə, komitə sədri bildirib ki, hər bir qanunun əsas məqsədlərdən biri qanunvericilikdəki  boşluqaları aradan qaldırmağa yönəlib. Onun sözlərinə görə, Rəqabət Məcəlləsinin qəbul olunması iqtisadi təfəkkürün formalaşmasına gətirib çıxaracaq:

"İnsanlar başa düşəcəklər ki, hansı rəqabəti aparır, bazarda mühit necədir, bazara haqsız müdaxilələr varmı, haqsız rəqabəti təmin edən mühit  varmı?  Bu qanun öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə, bu əsrdə davamlı iqtisadiyyat olmasa, rəqabət prinsiplərini qorumasaq, gec-tez ölkə çox ağır vəziyyətə düşə bilər. Azərbaycan bu gün rəqabətə davamlılığını, iqtisadiyyatını artırmaq üçün cəsarətli addımlar atır, yeni müəssisələr tikilir, avadanlıqlar alınır, bazarı əvvəlcədən öyrənir. Cənab prezident tapşırıq verib ki, dünya bazarına çıxmaq üçün həmin ölkələrin iqtisadiyyatını, bazarını öyrənmək lazımdır. Bir sıra çıxışlarında qeyd edib ki, biz sizinlə rəqabət aparan ölkə deyilik. Bizim öz, sizin də öz məhsulunuz var. Biz artıq öz iqtisadiyyatımızı elə qurmalıyıq ki, rəqabətə davamlı məhsulumuz başqalarının təqdim etdiyi məhsuldan daha əlverişli şərtlərdə olsun. Bizim göstəricilərimiz daha yaxşı olsun".

Modern.az

Sizin Reklam Yeriniz