Əlaqə Arxiv
news Image
2012.10.30
16:30
| A A A
İsrailin Baş Naziri Parisə gedəcək
Movqe.Az bildirir ki, İsrailin Baş Naziri Binyamin Netanyahu Fransa prezidenti Fransua Hollandenin rəsmi dəvəti ilə sabah Parisə gedəcək. Netanyahu Elize Sarayında sabah günorta Hollande ilə iş yeməyində görüşəcək. Xarici İşlər Nazirliyindən verilən yazılı məlumata görə, görüşdə orta şərq sülh danışıqlarının yenidən başlanılması, Fransız-İsrail əlaqələri və regional mövzular detallı bir şəkildə müzakirəyə qoyulacaq. Netanyahu, yenə eyni gün Baş Nazir Cen Mark Ayrault və xarici işlər naziri Lauren Fabius ilə görüşəcək. İsrail Baş naziri, noyabr qyının 1-i cümə axşamı günü Parisdən geri dönəcək.


Sizin Reklam Yeriniz