Əlaqə Arxiv
news Image
2015.12.01
09:30
| A A A
Argentinanın vitse-prezidenti: “İqlimə dair saziş inkişafda olan ölkələrin ehtiyaclarını nəzərə almalıdır”

İqlim sammitinin yekunlarına görə imzalanması nəzərdə tutulan yeni saziş inkişafda olan ölkələrin ehtiyaclarını nəzərə almalıdır.Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Argentinanın vitse-prezidenti Amado Budu bəyan edib."Bizə diferensial yanaşmalı saziş gərəkdir. Misal üçün, kənd təsərrüfatı təbii mühitin çirklənməsində əsas rol oynamır, iqlim dəyişəkliliyi isə dünyada ərzaq təhlükəsizliyini təhlükə altına alır. Həmçinin, ətraf mühitin qorunmasına üzrə tədbirlərin həyata keçirilməsində yoxsulluqla mübarizəni nəzərə almaq lazımdır. Tullantıların azaldılması məsələsində isə inkişafda olan ölkələrə azad seçim etmək imkanı verilməlidir", deyə A.Budu bildirib.

Xatırladaq ki, noyabrın 30-da Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı konfransı öz işinə başlayıb. Konfransda Kioto protokolunu əvəzləyəcək yeni sazişin imzalanması gözlənilir. 

Sizin Reklam Yeriniz