Movqe.az xəbər verir ki, ABŞ prezidenti Obama ikinci zəfərindən sonra təşəkkür çıxışı edib. "Heç bir zaman gələcəyimiz haqqında daha optimist olmadım" - deyən Obama, dünyanın ən böyük ölkəsini irəliyə aparacaqlarına söyləyib.
İkinci dəfə ABŞ prezidenti seçilən Barak Obama təşəkkür çıxışını Çikaqodakı seçki mərkəzində edib.
Obama bunları söyləyib: "Bu gün birliyimizin inkişaf etdiyini görürük. Sizlər sayəsində. Biz Amerika ailəsi olaraq hamımız birlikdəyik. Bu seçkilərdə ABŞ xalqı olaraq bunu xatırlatdım: Yolumuz uzun idi və yolumuzu mübarizə aşdı. ABŞ üçün daha yaxşı günlər qarşıdadır. Bu seçkilərdə iştirak edən hər bir amerikalıya təşəkkür edirəm. Romneyi də təbrik etdim, güclü bir kampaniya həyata keçirdi. Önümüzdəki həftələrdə Romneyle bir araya gəlib ölkənin gələcəyi ilə bağlı fikirlərimizi paylaşacağıq. Dörd illik ortağım Joe Biden, səni hər zamankindən daha çox sevirəm və səninlə qürur duyuram. Görürəm ki, amerikalılar də səni çox sevir. Düşünürəm ki, ailəyə bir it hələlik kifayət edər. Gəlmiş keçmiş ən yaxşı kampaniya qrupuna: Bu tarixi birlikdə yazdıq. Məni yüksəltdiniz".