Barak Obamanın ikinci prezidentliyi dövründə ABŞ-ın Cənubi Qafqaz siyasətində irəliləmə ola bilər.Bu barədə jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
"Barak Obamanın yenidən prezident seçilməsi ilə ABŞ-ın Cənubi Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində köklü dəyişikliklər edəcəyini düşünmürəm. Amma bunun hansısa boşluqların doldurulmasına, mövcud narahatlıqların həll olunmasına vəsilə olacağına inanıram", - Muradova bildirib.
Vitse-spiker qeyd edib ki, Obama ikinci dəfə prezident seçilir və onun qarşıya qoyduğu planların, həm ABŞ-ın maraqları, həm də Cənubi Qafqazdakı mövcud maraqların həyata kreçirilməsi üçün Obamanın qarşısında heç bir maneə yoxdur.
Muradova bildirib ki, Azərbaycan da bu müddət ərzində ABŞ-la münasibətlərin daha da saflaşması, möhkəmlənməsi istiqamətində addımlar atacaq.