Əlaqə Arxiv
news Image
2012.04.18
13:12
| A A A
Əsəd şiddəti artırır, müxaliflər Moskvadan dəstək axtarır

Movqe.Az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının müşahidəçi heyətinin ölkəyə gəlməsinə baxmayaraq, Suriyada müxaliflərə qarşı şiddət yenidən yüksəlməyə başlayıb. Müxalifət liderləri Əsəd rejiminin beynəlxalq arenadakı ən böyük müdafiəçisi Rusiyada dəstək axtarır.

Kremlın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla görüşən müxalifət nümayəndələri "Annan sülh planı"nın tam tətbiq olunması üçün Rusiyanın Bəşər Əsəd rəhbərliyinə təzyiq etməsini istəyib. Suriya Milli Koordinasiya Təşkilatı lideri Həsən Əbdüləzim "Annan sülh planı"nın Suriya üçün son şans olduğunu xəbərdarlıq edib: "Plana Rusiya və Çin də dəstək verir. Mövcud rejim bu təşəbbüsü qəbul etsə, tətbiq etməyib", - H.Əbdüləzim tənqid edib.

Onu da qeyd edık ki, Suriyada son iki gündə əməliyyatlarda ölənlərin sayı 100-ə yaxın olub.

Suriya ordusunun aprelin 3-də İdlibin şimal-qərbindəki 14 min əhalisi olan Teftenaz qəsəbəsinə təşkil etdiyi hücumda ölənlərdən şəxsiyyəti təsbit edilən 65 adamın eyni ailədən olduğu iddia edilib. Hücum zamanı 280 adamın öldüyü cəsədlərin çoxunun tanınmaz hala gəldiyi qeyd olunub.

Əfqanə Məzahirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz